Ceyhun Bayramov səfirlik açılışı üçün Tel-Əvivə gedir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın son günlərində işğal olunmuş Fələstin torpaqlarında ölkəsinin səfirliyini açmaq üçün Tel-Əvivə gedəcək.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, C.Bayramovun səfəri 29 mart tarixində nəzərdə tutulub.

Azərbaycan XİN başçısının işğal olunmuş Fələstin torpaqlarına səfəri çərçivəsində sionist rejim baş naziri Benyamin Netanyahu, İsrail XİN-i Eli Kohen və prezident İshaaq Hertzoqla görüşü də olacaq. 

Xatırldaq ki, 30 illik əməkdaşlıqdan sonra yanvar ayında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin fərmanı ilə Muxtar Mahmudov işğal olunmuş Fələstində səfir təyin edilib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır