Ceyhun Bayramov: İranlı həmkarımla ikitərəfli əməkdaşlıq məsələsini müzakirə etdik

QafqazTimes xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özünün “Twitter” səhifəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafına təkid etdiyini yazıb.

Ceyhun Bayramov yazıb: “İranlı həmkarım (Hüseyn) Əmir Abdullahian ilə telefon danışığında ikitərəfli əməkdaşlıq məsələsini müzakirə etdik və münasibətlərin inkişafına, o cümlədən hökumət rəsmilərinin son qarşılı görüşlərinə məmnunluqla təkid etdik.”

Cümə günü səhər saatlarında İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Əmir Abdullahian və Ceyhun Bayramov arasında ikitərəfli əməkdaşlığın inkişafı və regionda baş verən hadisələri müzakirə etmək üçün telefon danışığı aparıldığını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan və İran xarici işlər nazirləri bu müddət ərzində Nyu-Yorkda BMT Baş Assambleyası, Aşqabadda keçirilən ŞƏT Zirvə ttoplantısı eləcə də İslamabadda İƏT Xarici İşlər Nazirlərinin iclası çərçivəsində bir neçə dəfə görüşmüşlər.

Related posts

Qəzza Qəssabı və

Aydınlatma cihadı

Həmdan: İsrail rejimi uğursuzluqları səbəbinə müzakirələrə qoşulmaqda acizdir