Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Centcom Yəmən nəzarətində olan ərazilərdə 8 PUA-nı vurduğunu iddia edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, CENTCOM bu gün (11 aprel) X sosial media hesabında yayımladığı bəyanatda Qırmızı dəniz və Ədən körfəzi ərazisində Yəmənə aid 8 pilotsuz aparatı məhv etdiyindən xəbər verib.
Bu iddiaya əsasən, dronlar ABŞ gəmilərinə tərəf hərəkətdə ikən radara düşdükdən sonra vurulub.
Eyni zamanda Ənsarullah rəsmisi Yəhya Səri isə bu gün (11 aprel) İsrailin (MSC DARWIN) və (MSC GINA) və Amerikanın (MAERSK YORKTOWN) gəmilərini hədəfə aldıqlarından xəbər verib.
Yəmən Ali Şurasının yüksək rütbəli rəsmisi Məhəmməd Əli Əl Husi Sky News kanalında deyib: ABŞ və İngiltərə Yəmənin hərbi əməliyyatlarının dayandırmasını istəyirlərsə, İsrail rejiminə dəstəklərini dayandırsınlar və Qəzzə xalqını mühasirədən çıxarsınlar.
Qəzza zolağında qarşıdurmanın daha da şiddətlənməsindən sonra “Ənsar Allah” (Husi) hərəkatı Fələstin anklavında əməliyyat dayandırılana qədər İsrail ərazisinə hücumlar həyata keçirəcəkləri və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib. Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.
“Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, ABŞ hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradılması və əməliyyata başladığını elan edib.
3 şərhlər
mm82eo
The Basic Principles Of buy injectable steroids. https://mortone579lyp8.blog-a-story.com/profile
ogndgf