Fələstin Səhiyyə Nazirliyi işğalçı rejim hərbçilərinin hücumu nəticəsində 20 fələstinlinin yaralandığı və 3 nəfərin də şəhid olduğu barədə bəyanat yayıb.
Əl aləm telekanalının məlumatına əsasən, dünən axşam (19 sentyabr) sionist rejim hərbçilərinin Cenin düşərgəsinə hücumu fələstinlilərin qarşıdurması ilə üzləşib.
Russia Əl Yəvm portalının məlumatına görə İsrail ordusu Cenin düşərgəsində olan mənzillərdən birini raketlə hədəfə alıb.
Kətaib İzzəddin Əl Qisam sionist hərbçiləri ilə fələstinli müqavimət dəstə üzvləri arasındakı qarşıdurma çox ciddi olub.
Saxtakar rejim radiosunun məlumatına görə müqavimət qrupları dron vasitəsilə sionistləri hədəfə alıblar.
Əl Qəssam batalyonu yayımladığı bəyanatda Cenindəki bu qarşıdurmanın çox gərgin və ciddi olduğu vurğulanır.
Fələstin informasiya qaynaqları bir sionist hərbçinin də yaralandığından xəbər veriblər.