Cenində 17 yaşlı fələstinli şəhid edildi

Fələstin İnformasiya qaynaqları Ceninin qərbində qəsbkar hərbçilərin atəşləri ilə bir fələstinli gəncin şəhid edildiyindən xəbər verirlər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, 17 yaşlı Abdullah İmad Əbu Həsən işğalçı sionist hərbçilərin Ceninin qərbində yerləşən Kəfərdan qəsəbəsinə basqını zamanı şəhid edilib.

Əlcəzirə telekanalının məlumatına görəişğalçı qüvvələrlə Fələstin müqavimət döyüşçüləri arasında gedən silahlı toqquşma, onların Rafiziyyə məhəlləsində mühasirə etdikləri evin ətrafında davam edir və Nablus döyüşlərində indiyədək bir neçə fələstinli yaralanıb.

Deyilənlərə görə sionist hərbçilər mühasirə edilmiş mənzilə tərəf dörd ədəd «Matador» raketi atıblar.

Digər bir məlumata görə əionist hərbçilərin avtomobili Nablusda yandırıcı bomba ilə hədəfə alınıb və yandırılıbdır.Bu hadisədən az öncə ibri mənbələr də bildirmişdilər ki, sionist hərbçilər işğal olunmuş Qüdsdəki «fransız təpə» bölgəsində bir fələstinli gəncə tərəf atəş açıblar. Çünki bu gənc soyuq silahla sionist hərbçilərə hücum edib və sionist təhlükəsizlik qüvvələrindən birini yaralayıb

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir