Cenin yenə sionistlərin hücumuna məruz qaldı

Sionist rejim hərbçiləri bu gün (4 sentyabr) İordan çayının qərb sahilində yerləşən Cenin düşərgələrinə hücum ediblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist hərbçilərlə fələstinlilər arasında yenə də qarşıdurma baş verib.

Məlumata görə bu qarşıdurmada bir fələstinli yaralanıb. Düşərgələrdə təhlükə siqnalı verildikdən sonra işğalçılarla fələstinlilər arasında silahlı atışma olub.

Deyilənlərə görə fələstinlilər sionistlərin bu hücumdan xəbəri olduğu üçün elə ilk anlardan təcavüzkarlarla mübarizəyə hazır vəziyyətdə olublar..

Fələstinli qruplar sionist düşmən qərb sahili və Qüds sakinlərinə qarşı cinayətləri və təcavüzlərinin əvəzlərini ödəyəcəklərini vurğulayırlar.

Related posts

Tək silahımız səsimizdirsə…- video

“Allahın izni olmayınca heç kəsə ölüm yoxdur” – video

Sionist analitik: Həması məğlub etmək qüdrətimiz yoxdur

Sionist analitik: Həması məğlub etmək qüdrətimiz yoxdur