Cenin batalyonu İrana təşəkkür etdi

Cenin batalyonu bəyanat yayaraq son günlərdə sionist rejimin hücumları zamanı başda İran İslam Respublikası olmaqla, müqavimətə dəstək olan bütün ölkələrə minnətdarlığını bildirib.

Təsni İnformasiya Agentliyinin məlumatına əsasən, Cenin batalyonunun bəyanatında deyilir: Sənadan tutmuş Tehrana qədər müqaviməti dəstəklədiyi üçün Fələstin xalqının minnətdarlığını qəbul edin.

Bəyanatda həmçinin sionistlərin Ceninə yürüşünə işarə olunaraq deyilir: Müqavimət cihadı olduğu zamana qədər işğalçılar qarşısında həmişə güc simvolu olaraq qalacaq. Xalqımızın möhkəm iradəsi bir daha düşməni qorxudaraq geri çəkilməyə məcbur etdi və biz qələbəyə qədər bu iradəmizi saxlayacağıq.

Qeyd edək ki, Cenin şəhəri İordan çayının qərb sahilinin şimalında və Qüdsdən 75 km şimalda yerləşir, İordan Vadisinə baxan şərq bölgəsində, Nablus dağlarının şimalında və Mərc Bəni Amerə baxan hissədə yerləşir.


Cenin düşərgəsinin sakinləri öz əsas kəndlərinə yaxın olduğuna görə hələ də 1948-ci ildə işğal olunmuş ərazilərdəki qohumları ilə möhkəm əlaqələrə malikdir. Hazırda bu düşərgənin sakinlərinin sayı 14 min qaçqına çatır və onlar əsasən müxtəlif kənd təsərrüfatı, ticarət və dövlət sektorlarında çalışırlar. Bu düşərgə də Fələstinin digər əraziləri kimi 1987 və 2000-ci illərdə birinci və ikinci intifadalarda müxtəlif hadisələrin şahidi olub. Ən mühüm hadisə 2002-ci ilin aprelində sionist qüvvələrin düşərgəni mühasirəyə alması idi. Həmin vaxt Fələstin Muxtar Hökumətinin mərhum rəhbəri Yasir Ərəfat onu “Ceninqrad” adlandırdı. Bu adla Rusiyanın Stalinqrad şəhərinin mühasirəyə alınması və İkinci Dünya Müharibəsi zamanı almanlara qarşı müqaviməti nəzərdə tutulur.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir