Çeçenistan lideri Baydenə Rusiyanın nüvə raketi imkanları barədə xəbərdarlıq etdi

Qafqaztimes xəbər verir ki, Çeçenistan prezidenti bazar ertəsi ABŞ-ın Rusiyaya qarşı hər hansı bir təxribat xarakterli hərəkəti barədə xəbərdarlıq edib.

Xəbər mənbələrinə görə Çeçenistan lideri Ramzan Kadırov bir müsahibəsində deyib: “ABŞ Rusiyanın düşməni hesab ediləcək qədər qüdrətə malik deyildir. Onlar hətta bizim hökumətimizi məhv etsələr də, nüvə raketlərimiz avtomatik olaraq işə düşəcək və bütün dünyanı alt-üst edəcəkdir.”

Keçmiş dövlət katibi Mayk Pompeo bir müddət əvvəl insan haqlarını pozduğu üçün Vaşinqtonun Ramzan Kadırova qarşı sanksiya tətbiq etdiyini açıqlamışdı. Kadırov isə buna cavab olaraq Pompeoya öz telegram səhifəsində “Gəlin döyüşək” yazmışdır.

Çeçenistan prezidenti bir sosial şəbəkədə ABŞ-ın həyat yoldaşı və iki qızına tətbiq etdiyi sanksiyalar barədə belə ​​yazıb: “Yaxşı, mən yüz dəfə insan hüquqlarını pozmuş olsam da, həyat yoldaşım və qızlarıma tətbiq olunan sanksiyaları necə əsaslandırırsınız? Onlar hansı cinayətləri törədiblər və kimin hüquqlarını pozublar?”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya