Canlı yayımda teleaparıcıları girov götürdülər – VİDEO

Silahlı şəxslər Ekvadorun “TC Televisión” telekanalının studiyasına daxil olaraq efirdə olan aparıcıları girov götürüblər. Canlı yayımdan kadrlarda altı maskalı şəxsin yerə uzanmış kanalın əməkdaşlarına silah tuşladığı görünür.

Ölkə prezidenti administrasiyasının rəsmi nümayəndəsi Roberto İsurieta Kanova bildirib ki, Ekvadorun hüquq-mühafizə orqanları çərşənbə axşamı “TC Televisión” telekanalının studiyasında silahlılar tərəfindən ələ keçirilən girovların əksəriyyətini azad edib.

“İndi əldə etdiyimiz məlumata əsasən, işçilərin böyük əksəriyyəti artıq buraxılıblar. Hesabatları gözləyirik. Bizim birinci vəzifəmiz hələ də TV kanalın obyektlərində girovluqda olan əməkdaşların həyatını qorumaqdır”, – deyə o bildirib.

Ekvador hakimiyyəti hələ ki, azad edilən və saxlanılan girovların sayı barədə dəqiq məlumat verməyib.

Quldurların zərərsizləşdirilməsi əməliyyatı davam edir. Hücum edənlərdən bir neçəsi saxlanılıb.

Ekvador prezidenti Daniel Noboa təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda ölkədə “daxili silahlı münaqişə” rejimi elan edib. O, orduya Ekvadorun müxtəlif yerlərində silahlı hücumlar təşkil edən dəstələri zərərsizləşdirmək əmri verib.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)