Canlı yayımda həyəcanlı anlar: Sinəsinə ştanq düşdü (Video izlə)

Məşhur amerikalı bloqer Metyu Mizkifin sinəsinə ağır ştanq düşüb.

Bloqer “Twitch”in canlı yayımında uzanıqlı halda ağır ştanqla pres etmək istəyib. Bu zaman ağırlığı saxlaya bilməyib və ştanq onun sinəsinə düşüb. Görüntülər canlı yayım izləyicilərini qorxudub.

Hadisə idman zallarının birində məşq zamanı baş verib. Bloqerin yanında onu sığortalayan bir neçə dostu da olub.

Mizkif təxminən 143 kq ağırlıq qaldıraraq yeni şəxsi rekorda imza atmağa çalışıb. İlk cəhd uğurlu alınıb və o, ikinci dəfə cəhd etmək istəyib. Lakin bu an ağır çəkisi olan ştanq əlindən çıxıb və bədəninin üzərinə düşüb. Dostları dərhal bloqerə kömək edərək ştanqı üzərindən qaldırıblar.

Ağırlıq bədənin aşağı hissəsinə düşdüyü üçün bloqer ciddi xəsarət almayıb. Yayım davam etdiyi müddətdə Mizkif özü də hər şeyin qaydasında olduğunu deyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi