Cənubi Afrika: Qəzzə soyqırımı dözülməzdir

Cənubi Afrika Respublikası prezident aparatının administratoru və naziri sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlər və soyqırımı siyasətinin dözülməz olduğunu deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Cənubi Afirka Respublikasının  rəsmisi bu gün (7 oktyabr) mətbuat konfransında deyib: Pretoriya dövləti Tel Əvivlə bütün diplomatik əlaqələrini kəsəcək.

Afrika rəsmisi həmçinin ölkəsinin digər ölkələrin də sionist rejimlə əlaqələrini kəsmə dəvətinin detalları barədə məlumat vermədən deyib: Pretoriya dövləti sionist rejimin Qəzzədə tibbi mərkəzləri, xəstəxana və məktəbləri bombardman etməsindən narahatdır və Tel Əvivlə diplomatik münasibətlərə ümidi yoxdur.

Əl Rəyəl Yəvm qəzetinin yazdığına görə bu rəsmi vurğulayıb ki, beynəlxalq dünyada soyqırımı qəbuledilməz bir siyasətdir. Bəşər tarixində yeni genosid  fenomenini də qəbul etmirik.

Related posts

Hizbullahın Hayfaya hücumunda 5 sionist yaralandı

Hizbullah sionist hərbçilərin toplantısını darmadağın edir

Demokratlar Co Baydendən sionist rejimin iki nazirinə sanksiya qoymasını tələb edir