Cəngəllikdə azdı, ayağı sındı, bir ay soxulcan yeməklə sağ qaldı – FOTO

Boliviyanın şimal ərazilərində Amazon cəngəlliklərində 4 dostu ilə ova çıxan Conattan Akosta  bir müddət sonra meşədə azıb və 31 gün sonra tapılıb.

Bildirilir ki, azdığının 4-cü günündə ayaq biləyini sındıran Akostanın yanında fənər və bıçaq kimi ov ləvazimatları olmayıb. Tüfəngində olan bir gülləni isə donuza bənzər pekari sürüsünü qorxutmaq üçün istifadə edib. Bundan sonra özünü qorumaq üçün çarəni yırtıcılardan gizlənməkdə görüb.

Bu müddət ərzində o, ayaqqabılarına doldurduğu yağış suyunu içməklə, həşərat və soxulcan kimi qurdlar yeməklə sağ qalıb.

Xoşbəxtlikdən axtarışlar nəticə verib, 30 yaşlı gənc bir ay sonra sağ-salamat tapılıb.

Akosta insanların onu bu qədər uzun müddət axtaracağına inana bilmədiyini deyib. 31 gün ərzində 17 kilo arıqlayan gənc yaşadığı təcrübədən sonra bir daha ovçuluq etməyəcəyini deyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi