Çəkiliş meydançasından xəstəxanaya aparılan məşhur aktyor insult keçirib – FOTO

Aktyor Ceymi Foks insult keçirdiyi üçün Kameron Diazla çəkildiyi “Back in Action” filminin çəkilişləri dayandırılıb.

Bu barədə “The Sun” 56 yaşlı boksçu Mayk Taysona istinadla xəbər verib. Qeyd edək ki, Foks avtobioqrafik filmdə əfsanəvi idmançını canlandırır.

“O, özünü yaxşı hiss etmir. Dedilər ki, insultdur. Ona nə olduğunu bilmirəm”, – deyə Tayson bildirib.

Başqa mənbələr də nəşrə bu məlumatı qismən təsdiq ediblər.

“Məsələ burasındadır ki, Ceyminin sağlamlıq problemləri indi olduqca ciddi görünür, onlarla müqayisədə əvvəllər olan gecikmələr çox kiçik görünə bilər. Təbii ki, bu, çox kədərlidir və hamı onun yaxşılaşmasını istəyir”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Hollivud ulduzu Kemeron Diazın kinoya qayıdışı kimi təqdim edilən filmin çəkilişləri zamanı aktyor Ceymi Foks təcili olaraq xəstəxanaya yerləşdirilib. Aktyorun yaxınları onun diaqnozunu açıqlamasalar da, onun artıq özünü yaxşı hiss etdiyini və artıq ailəsi ilə danışdığını bildiriblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi