Buzdan “yetişən” göbələklər rusiyalıları heyran qoydu – FOTO

Dəniz sahili boyu buzdan göbələklər görənləri heyran qoyub.

Kadrlar Rusiyanın Amur vilayətinin Talakan şəhərindəndir.

İnanılmaz dərəcədə gözəl və qeyri-adi buz göbələkləri sahil boyu bütöv bir meşə yaradıb.

Məlumata görə, bunun yaranmasına səbəb suyun səviyyəsindəki dəyişiklik olub – Ağacların üzərində müxtəlif formalı buz parçaları qalıb, külək isə onları “yonaraq” özünəməxsus forma verib.

Sakinlər bununla bağlı sosial şəbəkələrdə möhtəşəm kadrlar paylaşıblar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi