“Asaib Əhlul-Həqq”: Bütün siyasi qruplar diplomatik qurumlara hücuma qarşıdırlar

QafqazTimes xəbər verir ki, İraqu “Asaib Əhlul-Həqq” hərəkatının baş katibi Şeyx Qeys Əl-Xəzali diplomatik qurumlara və mülki obyektlərə qarşı hücumlar müxalif olmağın mübahisə mövzusu olmadığını vurğulayıb.

O, deyib: “Bütün siyasi və milli qruplar və bunun başında koordinasiya mərkəzi diplomatik qurumlara hücumun qeyri məqbul olmasında həmfikirdirlər”.

O, belə qeyd edib: “Bəzi əlaltılar, xüsusən də bu həssas vəziyyətlərdə aranı qarışdırmaq niyyətindədirlər. Amma təəssüflər olsun ki, bəzi qruplar, siyasi xadimlər və media orqanları da heç bir sübut olmadan konkret tərəflərə qarşı açıq və ya üstüörtülü ittihamlar irəli sürməklə bu hadisələrdən siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar.”

Şeyx Əl-Xəzali həmçinin deyib: “Biz hesab etmirik ki, bu üsul vəziyyətin sabitliyi üçün faydalı olacaq və kritik vəziyyətdən çıxmağa kömək edəcək. Biz bütün hörmətli qrupları və siyasi xadimləri milli diskurs ətrafında birləşməyə və ölkənin suverenliyinə xələl gətirən, sülhü və daxili təhlükəsizliyi pozan hər şeyi kənara qoymağa, həmçinin ABŞ və Türkiyə kimi əcnəbilərin ölkədə davamlı hərbi fəaliyyətinə qarşı çıxmağa çağırırıq.”

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq