Bütün hegemonlar qarşısında İran Fələstini dəstəkləyir

Bütün hegemonlar qarşısında İran Fələstini dəstəkləyir

Yəmən Ənsarullah Hərəkatının lideri başda ABŞ və İsrail olmaqla İranın bir islam ölkəsi olduğunu, bütün hegemonlar qarşısında Fələstinə dəstək verdiyini və məhz elə bu səbəbdən də əsassız ittihamlara düçar olduğunu vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Əbdül Məlik Əl Husi bu gün (25 iyul) deyib: Düşmən qaçqın düşərgələrinə və didərginlərin pənah apardığı məkanlara fokuslanıb. Onların bu həftəki cinayətlərindən biri də Xan Yunusda qaçqınlar üçün təyin olunmuş düşərgənin bombardman edilməsi idi.

Ənsarullah lideri həmçinin qeyd edib: İsrail düşmən bombardman, snayper və digər qırıcı silahlarla uşaqları hədəfə alır və Qəzzə cinayətlərinin dəhşəti dözülməzdir.

Əbdül Məlik Əl Husi İsrail rejiminin zülm, barbarlıq, vəhşilik və cinayətin bütün amansız növlərini Qəzzədə həyata keçirdiyini bir daha vurğulayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib