Fələstinin “Əl Əsir” Hərəkatı başçıları sionist rejim həbsxanalarında olan bütün əsirlərin mübarək Ramazan ayının 1-dən məhdudiyyətsiz aclığa başlayacaqlarından xəbər veriblər.
Əl Aləm telekanalının məlumatına əsasən, dünən (21 mart) “Əl Əsir” Hərəkatının keçirdiyi mətbuat konfransında “Azadlıq ya Şəhidlik” adlı aclıq aksiyasının detalları açıqlanıb.
Sionist rejim zindanlarında əsir olan fələstinli müqavimət üzvləri həbsxanadakı bərbad vəziyyətdən əziyyət çəkdikləri üçün bu ümumi aksiyaya başladıqlarını elan edirlər. Həmçinin onlar həbsxanada işgəncələr verildiyini, minimum məişət imkanlarının verilmədiyini də vurğulayırlar. Onlar “ya Azadlıq ya Şəhidlik” şüarı ilə bu aksiyaya başlayacaqlar.
Sionist rejimin zindanlar idarəsi adətən bütün məhbusları otaqlardan çıxarır və kameraları təftiş etməyə başlayır. Sionist rejimin zindanlar idarəsi bunu, silahlanmış zindan nəzarətçiləri və polis itləri vasitəsilə edir və bu hərəkət zamanı otaqda yalnız bir məhbus qalmaq hüququna malikdir.
sionist rejimin məsul şəxləri elə bir halda fələstinli əsirlərə işgəncələr verir və onları daim bir kamera və zindandan başqa birisinə köçürürlər