Burada xoşbəxt o şəxs sayılır ki, öləndə ağ parçaya bürünsün

İsrail rejiminin Qəzzə zolağına davam edən vəhşi hücumları və Amerikanın bu zolaqda soyqırıma dəstək verməsi insan haqlarının bütün qırmızı xətlərini keçib və insanlıq biabırçı şəkildə qətlə yetirilib.

Qəzzadakı Əl-Aləm müxbiri xəbər verib: Sionist rejimin Qəzzədəki cinayətkarlığının dərinliyi evlərin bombalanması, fələstinlilərin didərgin salınması, məktəb və xəstəxanaların bombalanması ilə yanaşı, bu bölgədə şəhid olan və ölənlərin cənazələrinə də sirayət edib.

Bu hesabata əsasən, Qəzza sionist rejimin çoxlu sayda qətlləri və ağır blokadası və müxtəlif əşyaların ölkəyə girişinə maneə törətməsi səbəbindən kəfən və paltarların kəskin çatışmazlığının şahidi olur.
Qəzza zolağındakı xəstəxanalar bu zolağın sakinlərinə qarşı qırğınların davam etməsi və hər gün çoxlu sayda şəhidin xəstəxanalara gəlməsi səbəbiylə ölüləri kəfənləmək üçün kəfən təmin edə bilmir.

Qəzzadakı Əl-Əqsa Şəhidləri Xəstəxanasında ölülərin yuyulması və dəfn edilməsi ilə məşğul olan Nəvaf əz-Zərii Əl-Aləm müxbirinə deyib:
Biz şəhidlərin dəfni üçün kəfən və digər əsas ləvazimatların kəskin çatışmazlığı ilə üzləşirik.
Mülki evlərin gündəlik hədəfə alınması səbəbindən hər gün çoxlu sayda vətəndaşın şəhid olmasının, xəstəxanaya köçürülməsinin şahidi oluruq.

İnsanları bombalayır və dinc fələstinliləri şəhid edirlər. Yaxınlarının itkisi Qəzza xalqının yeganə faciəsi deyil; onlar eyni zamanda, sevdiklərini kəfənləmək üçün parça axtarmalıdırlar.

Bir fələstinli gənc Əl-Aləm müxbiri ilə söhbətində dedi: Nənəsi üçün çox çətinlikdən sonra kəfən ala bildiyi üçün çox xoşbəxtdir.

Bu gənc əlavə etdi:
Nənəm öldü və bizə dedilər ki, kəfən hazırlayaq; çünki xəstəxananın kəfəni yoxdur.
Bazara getdim və çox axtardıqdan sonra onu ala bildim.

Digər bir Fələstin vətəndaşı isə deyib:
Bombardmanların şiddəti və sionistlərin Qəzza zolağına qarşı davamlı cinayətləri və çoxlu qətllərə səbəb olması səbəbindən biz bu zolaqda belə problemlərlə üzləşmişik.

Böhran davam etdikcə bəzi insanlar ölənlərin bədənlərini mələfə, ədyal və polietilen torbalarla örtməyə məcbur olublar.

Sionist rejimin Qəzza zolağındakı cinayətkarlığı bütün insan sərhədlərini və insan haqlarını pozub.
Burada, ölümdən sonra ağ paltara bürünəcək bəxtəvər insan hesab olunur.

Qafqaztimes

Al-alam

Related posts

İki zəhər

ABŞ-ın BMT səfiri: Husilər İran raketlərinin köməyi ilə ABŞ Hərbi gəmilərinə və İsrailə hücumlarını davam edirlər

Zamanı çatanda…