“Buludlar arasında şəhər” turistlərin üzünə bağlandı – FOTO

İnklərin qədim şəhərinin bir hissəsi turistlərin üzünə bağlanıb və bu həmişəlik ola bilər.

Bu barədə Perunun Kusko əyalətinin Mədəniyyət Departamenti xəbər verib.

Məhdudiyyətə səbəb kimi daş elementlərin dağılması göstərilir.

“Zədələnmiş sektorlarda gündəlik sıx hərəkət səbəbindən daş elementlərin dağılması baş verir. Hazırda ziyarətçilərimizin Kondor məbədi və İntihuatana rəsədxanasına daxil olması qadağandır”, –  deyə departamentdən bildirilib.

Qeyd olunur ki, “buludlar arasında şəhər” kimi də tanınan Maçu Pikçunun idarəetmə komitəsi inklərin qalasının bəzi hissələrinin həmişəlik bağlanması məsələsini nəzərdən keçirməyi planlaşdırır, məhdudiyyətlərin müddəti davam edən texniki qiymətləndirmədən asılı olacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi