Bu yolda qəzaya düşən avtomobillər yoxa çıxır – DƏHŞƏTLİ FAKT  (Video izlə)

Bakı dairəvi yolunda beton sədlərin və dəmir məhəccərlərin olmaması sürücülərin həyatını təhlükə altında qoyur.

Sözügedən yolun üzü Lökbatan dairəsi istiqamətinə olan hissəsinin 2-ci kilometrində (“Gözət-Təpə” restoranının yaxınlığında) yolun sağ hissəsi uçurumdur. Hərəkət hissəsi ilə uçurum arasında bir neçə metr məsafə olduğu üçün qəzalar zamanı avtomobillər idarəetmədən çıxaraq uçurumdan aşırlar. Hətta bir neçə dəfə həmin yolda idarəetmədən çıxan avtomobil uçurumdan aşaraq sürücü və sərnişin hadisə yerində  dünyasını dəyişib. Ölənlərin yaxınları günlərlə axtardıqdan sonra məlum olub ki, avtomobil həmin yolda uçurumdan aşaraq dərənin dibində görünməz yerdə qalıb. Belə halda avtomobilin oradan çıxarılması da müşkül məsələyə çevirilir. Bunların baş verməməsi üçün yolun kənarında beton sədlərin və ya dəmir məhəccərlərin olması zəururi hesab olunur.

Qeyd edək ki, bir müddət əvvəl həmin yerdə baş verən qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. Videodan da görünür ki, yolun kənarında təhlükəsizlik sədlərinin olmaması qəzaya düşən avtomobilin dərəyə aşmasına səbəb olub.

Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı ciddi ölçü götürüb təhlükəsizlik sədlərinin təşkilini həyata keçirəcək.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO