Bu ölkədə sosial şəbəkənin fəaliyyəti qadağan edildi

İspaniya məhkəməsi “Telegram” sosial şəbəkəsinin ölkədə fəaliyyətini dayandırmaq qərarına gəlib.

Belə ki, İspaniya Milli Məhkəməsinin hakimi Santyaqo Pedraz “Telegram”ın işinin dayandırılması ilə bağlı qəbul edilən məhkəmə qərarının icra edilməsinə dair göstəriş verib.

Qeyd olunur ki, məhkəmə bir neçə media şirkətinin şikayətinə baxıb.

İspaniyanın EGEDA, “Mediaset Espana”, “A3 Media” və “Movistar Plus” media şirkətləri “Telegram”ın ölkədə pirat materialların yayılmasında ittiham ediblər.

Məhkəmə şikayətləri əsaslı sayaraq “Telegram”ın ölkə ərazisində müvəqqəti bloklanması barədə qərar qəbul edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi