Bu ilin əvvəlindən indiyədək sionist hərbçilər 20 fələstinlini şəhid ediblər

QafqazTimes xəbər verir ki, Palestine Today-in məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi sionistlərin fələstinlilərə qarşı son cinayətləri ilə bağlı bəyanat yayıb.

Məlumata görə, Fələstin Səhiyyə Nazirliyinin bəyanatında deyilir: “Sionist ordusu tərəfindən daha 3 Fələstin vətəndaşının şəhid edilməsi ilə bu ilin əvvəlindən sionistlər tərəfindən şəhid olanların sayı 20 nəfərə çatıb.”

Qeyd edək ki, sionist hərbçilər çərşənbə axşamı işğal olunmuş ərazilərin müxtəlif bölgələrində 3 fələstinlini şəhid ediblər. Bununla bağlı Fələstin mənbələri bildiriblər: “İşğalçı sionist qüvvələrin bu səhər Nablusun şərqindəki Bəlata düşərgəsinə hücumu zamanı bir fələstinli yeniyetmə şəhid olub.”

Mənbələr həmçinin qeyd ediblər: Sionist əsgərlər tərəfindən şəhid edilən yeniyetmə 17 yaşlı Nadir Heysəm Riyandır. Bu arada sionistlərin 1948-ci ildə işğal olunmuş ərazilərdəki Rəht bölgəsinə hücumu zamanı daha bir nəfərin də şəhid olduğu bildirilir.

Sionistlər tərəfindən şəhid edilən üçüncü şəxsə 24 yaşlı Əla Şaham adlı bir cavandır. Bu fələstinli gənc işğal altında olan Qüdsdəki Qələndiyyə düşərgəsində baş verən qarşıdurmalarda sionist işğalçılar tərəfindən güllələnərək şəhid edilib.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib