Bir yəhudi kanalı xəbər verib ki, cari ilin əvvəlindən indiyədək İsrail rejiminin 16 hərbçisi intihar edib və bununla da 7 oktyabrdan bəri intihar edən israilli hərbçilərin sayı 54 nəfərə çatıb.
Qafqaz Times-ın məlumatına görə, İsrailin “Kan” kanalı xəbər verib ki, cari ilin əvvəlindən bəri İsrail rejiminin 16 hərbçisi intihar edib, onların 8-i həqiqi hərbi xidmətdə olan, 7-si ehtiyat hərbçilər və 1-i isə orduda daimi işçi olub.
Hesabatda qeyd olunub ki, ötən təqvim ilində (2024) İsrail rejiminin 21 hərbçisi intihar etmişdi.
Bu sionist kanalı əlavə edib ki, 2023-cü ildə intihar edən hərbçilərin sayı 17 nəfər olub.
Hesabatda bildirilib ki, Qəzza müharibəsi başladığı vaxtdan (7 oktyabr 2023) bu rejimin təxminən 3770 hərbçisi xəsarət aldıqlarından sonra posttravmatik psixoloji pozuntuya düçar olduqları məlum olub.
Məlumata görə, Qəzza müharibəsi başladıqdan bəri bu rejimin 19 mindən çox hərbçisi psixoloji problemlərdən əziyyət çəkir.
Keçən ay da bu rejimin cənubdakı (işğal olunmuş Fələstin) bazalarından birində paraşütçü ixtisaslı bir hərbçi intihar etmişdi və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. İsrail rejiminin mediası xəbər verib ki, bu hərbçi özünə atəş açmışdı.