İraq 2024-cü il Ərbəin mərasimində 21 milyon zəvvarın olduğunu elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, İraqın Hz.Əbülfəzl (ə) adına ziyarət komitəsi bu ilki Ərbəin mərasimində 21 milyon 481 minə yazın İmam Hüseyn (ə) aşiqi iştirak edib.
Məlumata görə, bu statistika ötən illə müqayisədə azalma müşahidə edilir. Çünki ötən ilki zəvvarların sayı 22 milyon 20 min nəfərə qədər elan edilmişdi.
Qeyd edək ki, avqustun 22-də elan edilən məlumata görə Ərbəin yürüşü üçün 15 milyon 281 min nəfər İraqa daxil olub və 1 milyon 879 min nəfər İraqı tərk edib.
İraq Hava Yollarının verdiyi məlumata görə, Nəcəf Hava limanından 171 min 737 nəfər, ölkənin digər hava limanlarından isə toplam 76 min 290 nəfər Ərbəin mərasimində iştirak etmək üçün ölkəyə daxil olub.