Bu çiçəyi dərənlər 387 min cərimə ödəyəcək – FOTO

Türkiyənin Manisa və İzmir vilayətləri arasında yerləşən və endemik bitki növlərinin müxtəlifliyi ilə dünyanın ən əhəmiyyətli mərkəzlərindən biri olan Spil Dağı Milli Parkında Manisa laləsi (Tulipa orphanidea) adlı bitki çiçək açıb.

Havalar isinəndə və ildə bir dəfə çiçək açan bu lalələrin qoparılmasına görə yüksək məbləğdə cəza təyin edilib.

Belə ki, Spil Dağı Milli Parkında mühafizə altında olan Manisa laləsinin qoparılmasına görə cəza keçən il 244 min 315 lirə (13 min manata yaxın) olduğu halda, bu il 387 min 142 lirə olaraq (20 min manatdan çox) müəyyən edilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi