Britaniyanın ən zəngin ailəsi qulluqçuları istismar edirmiş – FOTO

İsveçrə məhkəməsi Britaniyanın ən zəngin ailəsinin üzvlərini qulluqçuları istismar etdikləri üçün həbs cəzasına məhkum edib.

Məhkəmə 78 yaşlı Prakaş Hinduca, onun həyat yoldaşı, oğlu və gəlinini qulluqçuların istismarında və icazəsiz işlə təminatda təqsirli bilib.

Məhkəmə insan alveri ittihamını rədd edib və həbs müddətini 4,5 il olaraq təyin edib.

Bildirilir ki, ailə İsveçrədəki villasında qulluqçularla pis rəftar edib, onları saatlarla işlədib və işçilərin maaşından daha çox ev heyvanlarına pul xərcləyib.

Qeyd edək ki, Hinduca ailəsinin sərvəti 37 milyard funt sterlinqdən çox (təxminən 80 milyard manat) qiymətləndirilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi