Britaniyanın ən məşhur pişiyi tənhalıqla vidalaşır – VİDEO

Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer pişiyi Co-Conu öz iqamətgahına gətirəcək. Amma iqamətgahın köhnə sakini olan məşhur pişik Larri burada öz tənha həyatına öyrəşib.

Maraqlıdır, görəsən Dauninq-stritin məşhur dördayaqlı sakini baş nazirin bu qərarına necə reaksiya verəcək?

17 yaşlı pişik Larri davakarlığı ilə seçilir. İki il əvvəl o, iqamətgahın ərazisindən iri tülkünü qovmuşdu.

Britaniyalılar baş nazirin iqamətgahında yeni sakinin peyda olması ilə bağlı iki mümkün ssenarini proqnozlaşdırırlar. Ya Co-Co Larrinin tənhalığına son qoyacaq, ya da Dauninq-stritdə pişik döyüşləri başlayacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi