Britaniyalı aparıcı: Artıq İsraili tənqid etmək istəyimə qarşı çıxa bilmirəm

Britaniyalı aparıcı: Artıq İsraili tənqid etmək istəyimə qarşı çıxa bilmirəm

Uzun illər İsrail rejiminin cinayətlərini müdafiə edən məşhur britaniyalı aparıcı bir müddət əvvəl Qəzzada işğalçı rejimin soyqırımçı olduğunu etiraf edib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, daim Qəzza zolağına qarşı müharibədə İsrail rejiminin təcavüzlərini müdafiə edən, Benyamin Netanyahunun Qəzzadakı cinayətlərini ört-basdır etməyə çalışan Piers Morqan bu gün (24 may) dilə gələrək deyib: 75 illik münaqişə zamanı siz və mən dəfələrlə bu müharibə haqqında danışsaq da, mən İsraili tənqid etməkdə heç vaxt sizin qədər irəli getməmişəm. Amma artıq İsraili tənqid etmək istəyimə qarşı dura bilmirəm. Qəzzada fələstinli uşaqların və dinc əhalinin öldürülməsi soyqırımdır. Qəzza blokadadır və sistematik aclıqdan əziyyət çəkir. İsrailin bombardmanları dayanmır və hər gün yüzlərlə insan həlak olur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur