Britaniyada timsahı “döyən” qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı – FOTO

Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib.

Bacısını xilas etmək üçün timsahın üzünə yumruq atan və cəsarətə görə mükafatlandırılanlar arasında olan 31 yaşlı britaniyalı Corciya Lori kral vətəndaş fəzilətləri siyahısına salınıb.

Əkiz bacılar 2021-ci ilin iyun ayında Meksikanın Puerto Eskondido şəhəri yaxınlığındakı göldə üzdükləri zaman bacılardan biri Melissaya timsah hücum edib və onu suyun altına dartıb aparıb. Bu zaman Corciya qorxmadan yırtıcının üzərinə gedib və ona zərbə endirib. Hər iki bacı ağır yaralansa da, sağ qalıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi