Britaniya krallıq ailəsinin saytına kiberhücum

İngiltərə mediaları krallıq ailəsinin internet saytına kiberhücum edildiyindən xəbər verirlər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (1 oktyabr) Britaniya kral ailəsinin rəsmi internet saytı DoS hücumuna məruz qalaraq 90 dəqiqəlik fəaliyyətini dayandırıb.

Məlumata görə, hücuma görə məsuliyyət rusiyalı haker “KillMilk”in üzərinə düşür. O, saytın sındırılmasını “pedofillərə qarşı hücum” adlandırıb. Deyilənlərə görə 90 dəqiqə hakkerlərin ixtiyarında olan saytın gizli məlumatlarına giriş edilməyib.

Həmçinin qeyd edilir ki, oxşar hücumlar Birmingem, Brayton və digər şəhərlərin ictimai nəqliyyat sistemlərinə də baş verib. Lakin “KillMilk”in onlarla əlaqəsi olub-olmadığı məlum deyil.

Bəzi medialar rus hakerlərin bu hücumun məsuliyyətini öz üzərlərinə götürdüklərini deyirlər. Bunun Klink hakerlər qrupu tərəfindən edildiyi də deyilir. Əvvəllər bu qrup Ukrayna müharibəsinə dəstək olan NATO-ya üzv ölkələrin məlumatlarını da hək ediblər.

Krallıq sarayı rəsmi surətdə kiberhücuma məruz qaldığını hələ rəsmi surətdə elan etməyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib