Britaniya monarxı III Çarlzın həyat yoldaşı Kraliça Kamilla müttəfiqlərin Normandiyaya desant çıxarmalarının 80 illiyi ilə bağlı keçirilən tədbirdə Fransa prezidentinin həyat yoldaşı Bricit Makron ilə əl sıxaraq görüşməkdən imtina edib.
Fransa liderinin həyat yoldaşı salam verərkən əlini uzadıb və bununla da protokol qaydalarını pozub.
Hadisə hər iki xanım Vers-sur-Merdə həlak olmuş Britaniya əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyarkən baş verib. Makronun arvadı kraliçaya əlini uzadıb, lakin o, bu jesti cavabsız qoyub. Buna baxmayaraq, Fransa prezidentinin həyat yoldaşı özünü itirməyib və kraliçanın əlindən tutub. Eyni zamanda, III Çarlz da görüş zamanı Bricitin əlini öpüb.