Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır

Britaniya hökuməti Netanyahu və Qalantı həbs etməyə hazırdır

Böyük Britaniyanın Leyboristlər hökuməti İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı ölkəyə gəlsələr, onların həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin qərarını yerinə yetirməyə hazırdır.

İRNA-nın məlumatına əsasən, Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi bu gün (22 noyabr) bəyanat yayaraq elan edib: İngiltərə hökuməti qanuni öhdəliklərinə əməl edəcək.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi ibtidai araşdırmalar çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Məhkəmə əvvəl Böyük Britaniyanın sözügedən məsələ ilə bağlı BCM-in yurisdiksiyasına qarşı “amicus curiae” (“məhkəmə dostu”) ərizəsi təqdim etdikdən sonra Netanyahu və Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salmışdı.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib