Braziliyada quyruqlu uşaq doğulub – FOTO

Braziliyada körpə qız altı santimetr uzunluğunda quyruqla doğulub. Quyruq dəri ilə örtülüb.

Həkimlərin fikrincə, quyruq onurğa sütununun əlavəsidir. O, onurğa sütununu çanaq sümüyü ilə birləşdirən lumbosakral nahiyədən çıxır.

Mütəxəssislər əsas onurğa iliyində qüsurların olmasından şübhələnirlər.

Artıq qızın əməliyyat olunduğu bildirilir. Quyruq uğurla çıxarılıb.

Qeyd olunur ki, hazırda uşağın sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi