Braziliyada futbolçunu oyun zamanı ildırım vurub öldürdü (Video izlə)

Braziliyalı futbolçu Kayo Enrike de Lima Qonsalveş 21 yaşında matç zamanı ildırım vurması nəticəsində dünyasını dəyişib.

Bu barədə Braziliyanın yerli mətbuatı məlumat yayıb.

Hadisə Santu Antoniu da Platinada, Parana ştatında “Uniau Japirense” və “Unidos” komandaları arasında keçirilən regional həvəskarlar kuboku matçı zamanı baş verib.

Oyun zamanı yağış yağıb və meydançaya ildırım düşüb. Qonsalveş təcili yardım şöbəsinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Daha 6 futbolçu bədənlərində müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlərdən 5-i xəstəxanada müşahidə altındadır. Vəziyyəti daha ağır olan daha bir nəfər xəstəxanasına çatdırılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi