Braziliya prezidenti: ABŞ-ın Qəzzə atəşkəsinə maneəsi qəbuledilməzdir

Braziliya prezidenti sionist rejimə dəstək olan Amerikanın mövqeyinə etiraz edərək ABŞ-ın Qəzzə müharibəsində atəşkəs rejiminin yaranmasına maneəçiliklərinin qəbuledilməz olduğunu vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Lola da Silva Qəzzə müharibəsinə həsr edilmiş çıxışında deyib: Qəzzə zolağında qdın və uşaqların acınacaqlı vəziyyətinə laqeyd qalmaq mümkün deyil. İsrailin törətdiyi cinayət sadəcə bir müharibə deyil, soyqırımıdır. Çünki İsrail hərbçiləri deyil, məhz qadın və uşaqları qətl edir.

Braziliya prezidenti həmçinin BMT TŞ-də Amerikanın bir səsi ilə atəşkəs qətnaməsinə mane olmasını qınayaraq bunun qəbuledilməz olduğunu da qeyd edib.

Xatırladaq ki, Braziliya prezidenti ötən bazar günü sionist cinayətlərinə etiraz olaraq demişdi ki, Qəzzədə Fələstin xalqının başına gələnlər tarixdə Hitlerin dövründən başqa heç bir zaman baş verməyib. Bu sözlərindən sonra İsrail XİN-i də Lola da Silvanı arzuedilməz şəxs elan edib.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir