Braziliya Fələstindəki səfirini işdən azad etdi

Fələstinə dəstək mövqeyində olan Braziliya sionist rejimin tərəfdarlıq edən Tel-Əvivdəki səfirini geri çağırıb.

Fars İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Braziliya prezidenti Lulia Da Silvanın birbaşa fərmanı ilə general Gerson Menandro Garcia De Freitas sionist rejimin Fələstindəki səlahiyyətli səfiri vəzifəsindən azad edilib.

Yadiut Aharunut kimi bir çox sionist rejim medialarının yazdığına görə, bu xəbəri Braziliyanın xarici işlər nazirliyi elan edib.

Bu xəbərə əsasən, Gerson Menandro Garcia De Freitas 2021-ci ildə keçmiş prezident Jair Bolsonaronun fərmanı ilə işğal olunmuş Fələstində səfirlik vəzifəsinə ezam olunub.

Yadiut Aharunutun verdiyi məlumatda deyilir: Gerson Menandro Garcia De Freitas Fələstin məsələsində sionist rejimin mövqelərinə müsbət münasibət bəsləyirdi.

Həmçinin bu xəbərdə deyilir ki,  solçu Lulia De Silva hakiiyyəti işğal olunmuş Fələstinə dəstək siyasəti güdür və Braziliyanın yeni XİN-i də bu məsələni təsdiqləyir.

Qeyd edək ki, keçmiş prezident Bolsonaro hakimiyyəti dövründə sionist rejim mövqelərinə dəstək siyasəti daşıdığı hətta seçkilər zamanı  gizli saxlanılmayan məsələdir. Çünki Bolsonaronun həyat yoldaşı seçki məntəqəsinə sionist üstündə rejimin bayraq şəkli olan paltarla gəlibmiş.

Related posts

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik