Böyrəkdən daha böyük olan böyrək daşı Ginnesin Rekordlar Kitabına düşdü – FOTO

Şri-Lanka sakininin böyrəyindən çıxarılan daş dünya rekordu qırıb.

62 yaşlı təqaüdçü hərbçi Kanistus Kunhe kömək üçün həkimlərə müraciət edib. Müayinə zamanı kişinin sağ böyrəyində daş aşkar edilib.

Xəstə əməliyyat olunub. Nəhayət çıxarılan daş öz çəkisi və ölçüsü ilə heyrətləndirib. Daşın uzunluğu 13,3 sm, eni 10,5 sm və çəkisi 800 q olub.

Maraqlıdır ki, daş xəstənin böyrəyindən belə 2 sm uzun olub. Amma hətta böyrəklərdə belə yad cismin olması orqanların normal işləməsinə mane olmayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi