Borrell: Yeni qəsəbə salma siyasəti İsrail üçün təhlükəlidir

Avropa İttifaqı xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İsrailin işğal olunmuş torpaqlarda qnunsuz yeni qəsəbəsalma siyasəti büdcəsindən şoka düşərək Tel Əvivi tənqid edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Cozep Borrell bu gün (27 noyabr) İordaniya, Misir və Fələstin Özünüidarə Təşkilatı nazirlərinin də iştirak etdiyi iclasda deyib: Müharibənin ortasında İsrailin daha çox qeyri-qanuni qəsəbələr tikmək üçün yeni vəsait ayırdığını öyrənmək məni dəhşətə gətirir. Bunun özünümüdafiə ilə heç bir əlaqəsi yoxdur və bu, İsraili daha təhlükəsiz etməyəcək. Yaşayış məntəqələrinin salınması beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır və İsrailin ən böyük təhlükəsizlik öhdəliyidir.

Borrell həmçinin deyib: Orta Şərqdə göz önündə olan bu faciə barədə danışmaq daha çox vacibdir.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır

Türkiyə: İsrail rəsmiləri üçün çıxarılmış həbs orderi ədalətin yaşamasına bir ümiddir