Borrell: UNRWA-ya yardım edin!

Avropa İttifaqı xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi dünya ictimaiyyətindən UNRWA-ya yardım edilməsini istəyərək Qəzzə böhranında bu qurumun həddən artıq əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Cozep Borrell bu gün (1 fevral) bəzi ölkə və təşkilatların UNRWA-ya dəstəklərinin dayandırılmasına işarə edərək bunun fələstinliləri cəzalandırmaq kimi dəyərləndirib. Onun sözlərinə görə fələstinlilərə yardım üçün UNRWA-nın alternativi yoxdur.

Borrell deyib: UNRWA ilə əlaqədar aparılan araşdırmalar onun fəaliyyətinə mənfi təsir göstərməməlidir. Çünki yüz minlərlə insan UNRWA tərəfindən dəstəklənir və siz maliyyə yardımlarını kəsə bilməzsiniz.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib