Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell sionist rejimin Rəfəhə hücumlarının dərkolunmaz faciələr törədəcəyi və Misirlə də gərginliyə səbəb olacağı barədə xəbərdarlıq edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Cozep Borrell dünən (11 fevral) X sosial media hesabında sionist rejimin Rəfəh və səlahəddin məntəqələrinə hücumları barədə Avropa İttifaqının nigaranlığını bəyan edərək yazıb: Bu xüsusda Avropa İttifaqı ölkələrinin narahatlığını dilə gətirərək dərkedilməz insani facələr yaradacağı və Misirlə gərginliyin daha da dərnləşməsinəgətirib çıxaracağı üçün İsrailin Rəfəhə hücumlarını dayandırmasını istəyirəm.
Borrel həmçinin bundan artıq qanların tökülməsinin qarşısını almaq üçün israilli girovların azad edilməsi və konfliktə son qoymaq lazım olduğunu vurğulayıb.
Qeyd edək ki, baş nazir Netanyahu ötən şənbə günü ABŞ dövlət katibi Blinkenə gələn 2 həftə ərzində Qəzzə zolağının cənub bölgələrində geniş hərb əməliyyatlara başlanma ehtimalı olduğunu deyibmiş.
Netanyahu ofisinin verdiyi açıqlamaya görə Həmasın 4 batalyonunun Rəfəhdə olduğu zamana qədər Qəzzə müharibəsində öz məqsədinə çatmayacağının imkansız olduğu bildirilir.
BMT bəyanatında həmçinin müharibə əməliyyatlarının baş tutması üçün Rəfəh əhalisinin boşaldılması heç də məqsədəuyğun plan deyil və insanlar öz ev-eşiklərindən didərgin düşməməlidir.