Borrel: Haaqa məhkəməsinin qərarı icra edilsin!

Borrel: Haaqa məhkəməsinin qərarı icra edilsin!

Avropa İttifaqının xarici işlər üzrə komissarı Cozep Borrell Beynəlxalq Ədalət Məhkəməsinin İsrail barədə son qərarının dərhal icra edilməsini vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Cozepp Borrell bu gün (27 may) deyib: BƏM-in İsrail rejiminin dərhal Rəfəhdə müharibəni dayandırması barədə son qərarı icra edilməli, rejimin təhdidlərinin dayandırılması və beynəlxalq qanunlara ehtiram qoyulması lazımdır.

Borrell həmçinin Rəfəh bombardmanlarında 30 min fələstinlinin didərgin düşdüyünə işarə edərək Haaqa məhkəməsinin qərarının ədalətli olduğunu deyib.

Xatırladaq ki, dünən də Cozepp Borrell Fələstinin baş naziri Məhəmməd Mustafa ilə planlaşdırılan danışıqlardan əvvəl Yaxın Şərqə sülh gətirmək üçün “güclü” Fələstin hakimiyyətinə ehtiyac olduğunu vurğulamışdı.

O qeyd edib ki, fəal Fələstin hakimiyyətinin mövcudluğu İsrailin də marağındadır.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib