Borel sionistlərin addımlarını qınadı

Avropa İttifaqı xarici siyasət məsələləri üzrə ali nümayəndəsi

Fələstində baş verən hadisələrdən narahatlığını ifadə etməklə kifayətlənib və yalnız gərginliyin dərhal dayandırılmasını tələb edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Avropa İttifaqının xarici siyasətinə cavabdeh olan Cozef Borel bu bazar ertəsi bəyanat yayaraq, işğal olunmuş ərazilərdə münaqişələri dərhal dayandırmağa çağırıb.

Aİ-nin xarici siyasət rəsmisi bəyanatla çıxış edərək bununla bağlı deyib: “Mən İsrailin son zamanlar İordan çayının qərb sahilində fələstinlilər əleyhinə qəsəbəsalma layihəsini kəskin pisləyirəm.

Cozef Borel bu bəyanatın davamında sionist rejimin İordan çayının qərb sahilində məskunlaşmaların qanuniləşdirilməsinə dair açıqlamasını pisləyib.

Aİ-nin rəsmi internet portalında yayımlanan bəyanatda hal-hazırda İsrailin işğal olunmuş Fələstindəki fələstinlilərə qarşı kobudluqların şiddətlənməsindən dərin nigarançılığını elan edərək deyib: Ən azı bir fələstinlilinin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən qarşıdurma hüquq pozuntusudur və İsrail yeni qəsəbəsalma layihəsinin icrasında fələstinlilərin təhlükəsizliyi haqda öhdəlik götürməlidir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib