Analitiklər xəbərdarlıq edirlər ki, Yaxın Şərqdəki əsas dəniz yolları – Hörmüz və Bab əl-Məndəb boğazları bağlanarsa, dünya iqtisadiyyatı fəlakətli nəticələrlə üzləşə bilər:
– Neftin qiyməti bir barel üçün 120–150 dollara çata bilər, bu isə təchizat zəncirlərini pozacaq və ərzaq qıtlığına səbəb olacaq. Qlobal inflyasiya 6–7% səviyyəsinə qalxa bilər, xüsusilə Fars körfəzi ölkələri bu vəziyyətdən ən çox zərər çəkəcək. Əsas ticarət yollarının bağlanması neftin qiymətini 100 dolların üzərinə qaldırmaqla yanaşı, dəniz daşımaları üçün sığorta tariflərini 300%-dən çox artıracaq.
– Ərzaq qiymətləri 15–25% bahalaşa bilər, qlobal inflyasiya isə 6.5–8% aralığında yüksələcək. Şimali Afrika kimi bölgələrdə bu göstərici 10–13%-ə çata bilər. Livan, Tunis və Sudan kimi zəif iqtisadiyyata malik ölkələrdə hiperinflyasiya 30%-i keçə bilər.
– Fars körfəzi ölkələrində yaşam xərcləri kəskin artacaq. Misir və İordaniyada bu artım 20–25% səviyyəsində gözlənilir. Ən ağır zərbəni orta və aşağı təbəqələr alacaq, bu da yoxsulluğun, işsizliyin və sosial gərginliyin artmasına səbəb olacaq.
Əgər gərginlik artmaqda davam etsə, dünya iqtisadiyyatı uzunmüddətli və dərin ziyanla üzləşə bilər.