BMT Yəmənə ərzaq yardımının dayandırılması ilə bağlı xəbərdarlıq edib

QafqazTimes xəbər verir ki, BMT baş katibinin sözçüsü Yəməndə 8 milyon insana ərzaq yardımın dayandırılması barədə xəbərdarlıq edərək, 2022-ci ilin əvvəlindən 23 mindən çox insanın evlərini tərk etdiyini bildirib.

Stiven Dujarrik BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirdiyi mətbuat konfransında deyib: “Yəməndəki münaqişə bu ilin əvvəlindən 23 mindən çox insanı köçkün vəziyyətinə salıb, onların əksəriyyəti Hudeyda, Marib, Şəbva və Taiz əyalətlərindəndirlər.”

O, belə qeyd edib: “Bu insanlar 2015-ci ildə münaqişə başlayandan Yəməndə didərgin düşmüş 4 milyondan çox kişi, qadın və uşaqlara qoşulublar.”

Dujarrik xəbərdarlıq edib ki, ciddi büdcə kəsirləri köçkünlərə humanitar yardım axınını təhdid edir.

BMT baş katibinin sözçüsü qeyd edib ki, bu ilin əvvəlindən agentlik maliyyə çatışmazlığı səbəbindən Yəmənə yardım proqramlarının təxminən üçdə ikisini azaltmaq və ya bağlamaq məcburiyyətində qalıb.

Düjarrik xəbərdarlıq edib ki, büdcə ayrılmadığı təqdirdə, Yəmənə yardımlarda azalma müşahidə olunacaqdır.

BMT baş katibinin sözçüsü əlavə edib: “Biz Yəməndəki ağır vəziyyətdən, o cümlədən davam edən münaqişənin mülki əhalinin həyatına və mülki itkilərə təsirindən dərin narahatıq.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya