BMT Yəmənə ərzaq yardımının dayandırılması ilə bağlı xəbərdarlıq edib

QafqazTimes xəbər verir ki, BMT baş katibinin sözçüsü Yəməndə 8 milyon insanın ərzaq yardımını dayandırdığı barədə xəbərdarlıq edərək, 2022-ci ilin əvvəlindən 23 mindən çox insanın evlərini tərk etdiyini bildirib.

Stiven Düjarrik BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirdiyi mətbuat konfransında deyib: “Yəməndəki münaqişə bu ilin əvvəlindən 23 mindən çox insanı köçkün vəziyyətinə salıb, onların əksəriyyəti Hudeyda(qərbdə), Marib, Şəbva (şərqdə) və Taiz (cənub-qərbdə) əyalətlərindəndirlər.

O, deyib: “Bu insanlar 2015-ci ildə münaqişə başlayandan Yəməndə didərgin düşmüş 4 milyondan çox kişi, qadın və uşaqlara qoşulurlar.”

Düjarrik xəbərdarlıq edib ki, ciddi büdcə kəsirləri köçkünlərə humanitar yardım axınını təhdid edir.

BMT baş katibinin sözçüsü qeyd edib ki, bu ilin əvvəlindən təşkilat maliyyə çatışmazlığı səbəbindən Yəmənə yardım proqramlarının təxminən üçdə ikisini azaltmaq və ya dayandırmaq məcburiyyətində qalıb.

BMT baş katibinin sözçüsü əlavə edib: “Biz Yəməndəki ağır vəziyyətdən, o cümlədən davam edən münaqişənin mülki əhalinin həyatına və mülki itkilərə təsirindən dərin narahatıq”.

O, əvvəllər 8 milyon insanı əhatə edən ərzaq kvotasının yarıya qədər azaldığını və maliyyə böhranına görə BMT-nin Yəmənə ərzaq yardımının böyük hissəsinin dayandırılacağını açıqlayıb.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır