BMT Təhlükəsizlik Şurası Şiraz terrorunu pislədi

BMT İranın Şiraz şəhərində törədilən terror aktını pisləyərək, həlak olanların ailələrinə başsağlığı verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, BMT Təhlükəsizlik Şurasının üzvləri dünənki iclasda (17 avqust) Şahçıraq terrorunu pisləyən bəyanat yayımlayıb.

Təhlükəsizlik Şurası üzvləri terrorizmin bütün növlərinin beynəlxalq təhlükəsizlik və sülh üçün ciddi bir təhdid olduğunu vurğulayıblar.

TŞ üzvləri kimliyindən, coğrafi məkanından, məqsədindən asılı olmayaraq bütün terrorların cinayət olduğunu xatırladıblar.

Təhlükəsizlik Şurasının üzvləri kəskin şəkildə pislənmiş bu terror aktlarının icraçılarının, təşkilatçılarının, maliyyəçilərinin və dəstəkçilərinin məsuliyyətə cəlb edilməsinin və onların mühakimə olunmasının zəruriliyini vurğulamış və beynəlxalq qanunlar və Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz öhdəliklərinə əsaslanaraq bütün ölkələrdən İran İslam Respublikası hökuməti və digər aidiyyəti orqanlarla bu sahədə fəal əməkdaşlıq edilməsini tələb ediblər.

Related posts

Türkiyə və İsrail Bakıda danışıqlara başladı

İnsanlığa xəyanət…

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi