BMT Təhlükəsizlik Şurası bu gün (6 aprel) sionist rejimin Məscidül Əqsada törətdikləri son cinayətləri barədə iclas təyin edib.
Əl Aləm telekanalının məlumatına əsasən, bu xüsusda iclasın təşkil olunması tələbi İordaniya və Fələstin Özünüidarə Təşkilatı tərəfindən verilib.
Xatırladaq ki, martın 31-dən etibarən BMT Təhlükəsizlik Şurasının dövri başçılığı Rusiyaya verilib.
Qeyd edək ki, 5 aprel səhər çağlarında sionist rejim hərbçiləri Məscidül Əqsa daxilində ibadət edən müsəlmanlara hücum edərək onları müqəddəs məkandan qovmağa çalışıblar. Bu hadisə 200 nəfərin yaralanması və 400 nəfərin həbs olunması ilə nəticələnib.