BMT nəzdində Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) sədri Qəzzə zolağında daimi atəşkəsin bərqərar olmasının zərurətini vurğulayıb.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Emmy Pop bu gün (22 yanvar) yerli vaxtla Davos sammiti çərçivəsində Qəzzə zolağında atəşkəslə bağlı Həmas-İsrail razılaşması barədə deyib: Humanitar yardımların Qəzzəyə sülh şəraitində çatdırılmasından əmin olmaq üçün daimi atəşkəs olması lazımdır. Çünki tam atəşkəs olmadan bizim ehtiyaclı insanlara humanitar yardım çatdırmamız mümkün deyil.
Emmy Pop həmçinin xatırladıb: Qəzzə zolağındakı humanitar yardıma çox böyük ehtiyac var. Hətta hər şeydən məhrum fələstinlilərin ilkin ehtiyacları belə təmin olunmur. İçməli su, sanitariya və tibbi sahədə tam boşluq var.
BMT rəsmisi həmçinin qeyd edib: Həmas və İsrail atəşkəsin daimi olması üçün çıxış yolları tapmalıdır. Amma bizim üçün önəmli olan vəzifə, didərgin insanlara humanitar yardımların sülh şəraitində çatdırılmasındır.