BMT Qaşıqçının qətlində əli olanların mühakimə edilməsini zəruri hesab edib

Qafqaztimes xəbər verir ki, Fransa mətbuatında səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinənlərdən birinin həbs edilməsi ilə bağlı xəbərlərin yayılmasından sonra Birləşmiş Millətlər Təşkilatı bu iş üzrə təqsirləndirilən şəxslərin dindirilməsi və mühakimə olunmasının zəruriliyini bir daha bəyan edib.

Arabi 21saytı yazıb: BMT-nin bu bəyanatı Fransa polisinin Qaşıqçının qətlində şübhəli bilinənlərdən biri olan Xalid Əl-Uteybinin həbsini elan etməsindən sonra verilib.

Stefan Dujarric Nyu Yorkda keçirilən mətbuat konfransında Əl-Uteybinin həbsi ilə bağlı suala cavab olaraq deyib: “BMT baş katibinin mövqeyi əvvəldən aydın idi və bu, Qaşıqçının qətlində təqsirləndirilən şəxslərin mühakimə olunmasının vacibliyidir.”

Fransanın RTR radiosu bildirib ki, Xalid bin Əl-Uteybi çərşənbə axşamı səhər Ər-Riyada uçmaq ərəfəsində Şarl de Qoll hava limanında həbs edilib.

Bu radio onu da bildirib ki, Əl-Uteybi Türkiyə tərəfindən həbsə məhkum olunduqdan sonra beynəlxalq polis tərəfindən axtarışa verilib.

Bir Səudiyyə rəsmisi deyib ki, mətbuatda Qaşıqçının qətlində şübhəli bilinən şəxsin Parisdə tutulması ilə bağlı yayılan xəbərlər “bir yanlışlıq və anlaşılmamazlıqdır”.

Related posts

Sara Netanyahu mühakimə olunacaq!

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil