BMT Qəzzəyə humanitar yardımı dayandırdı

Qafqaztimesin məlumatına görə “Bloomberg” jurnalı BMT-nin yüksək rütbəli rəsmisinə istinadən elan edib ki, sionist rejimin cinayətləri səbəbindən BMT Qəzzəyə humanitar yardımı dayandırıb.

Adının çəkilməsini istəməyən BMT rəsmisi bildirib ki, İsrailin Qəzzanın mərkəzindəki “Deyr əl-Bələh” bölgəsinin sakinlərinin dərhal təxliyyə edilməsi əmrindən sonra Birləşmiş Millətlər Təşkilatı Qəzzada uşaqlar üçün humanitar yardım və peyvənd planını dayandırıb.

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) dünən bir bəyanat dərc edərək, düşmənin Deyr əl-Bəlahda törətdiyi cinayətlərə reaksiya verib və bunu ən qəddar soyqırım formalarından biri adlandırıb.

HƏMAS bununla bağlı vurğulayıb ki, sionist işğalçı ordunun Qəzza zolağının mərkəzində məskunlaşan Deyr əl-Bələh vilayətinə vəhşicəsinə hücumları və şiddətli bombardmanlar altında olan fələstinliləri heç bir şəraiti olmayan yerlərə məcburi köçürmə əməliyyatı və Əl-Əqsa şəhidləri xəstəxanasının xidmətdən çıxarılması müasir dövrdə bəşəriyyətin gördüyü ən dəhşətli soyqırım formalarından biridir .

HƏMAS bir daha beynəlxalq ictimaiyyətdən, Birləşmiş Millətlər Təşkilatından və əlaqədar qurumlardan işğalçı rejimi Qəzzada amansız soyqırımı və Deyr əl-Bələh əyalətində və Əl-Əqsa Şəhidləri Xəstəxanasında mülki fələstinlilərə qarşı cinayətləri dayandırmağa məcbur etməyi tələb edib.

Alalam

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Qəzza Qəssabı dünyanı xilas edəcək?